"Sabah" hesabı açdı Yenilənir

05.11.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Sabah" hesabı açdı - Yenilənir

Bu gün Azərbaycan təmsilçisi "Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü tur oyununa çıxacaq.

QOL.az xəbər verir ki, Valdas Dambrauskasın komandası Norveçdə "Vikinq"lə qarşılaşacaq. "Viking Stadium"da keçiriləcək görüş Bakı vaxtı ilə bu gecə saat 00:00-da başlayacaq. Oyunu Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Hazırda turnir cədvəlində "Sabah" 3 xalla 25-ci, "Vikinq" isə 1 xalla 33-cüdür. 

Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.

UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü tur

00:00. "Vikinq" (Norveç) - "Sabah" (Azərbaycan) - 0:1 (Birinci hissə)

Qol: Orfi Mbina, 11 (0:1)

Hakimlər: Sander van der Eyk, Rens Bluemink, Stefan de Qrot, Coui Koy (hamısı Niderland)

VAR: Jeroen Maşkot (Niderland)

AVAR: Jerom Brisard (Fransa)

"Viking Stadium".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью