"Sabah" "Barselona" ilə məşqə çıxdı

24.11.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda Bakıda İspaniyanın "Barselona" klubu ilə üz-üzə gələcək "Sabah" oyundan əvvəl məşqə çıxıb.

Axar.az xəbər verir ki, Valdas Dambrauskasın komandasının Bakı Olimpiya Stadionunda gerçəkləşən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olub.

Futbolçular isinmə hərəkətlərinin ardından müxtəlif təmrinləri yerinə yetiriblər.

Qeyd edək ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya stadionunda, saat 21:45-də start götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью