"Sabah" Rumıniya komandası ilə qarşılaşdı

24.06.2026

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah” bu gün ilk yoxlama matçına çıxıb.

Axar.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi Rumıniyanın “Universitatya Krayova” klubu ilə qarşılaşıb. Matç 1-1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, növbəti yoxlama matçları çərçivəsində “Sabah” iyunun 28-də Macarıstanın “Ferentsvaroş”, iyulun 2-də isə Ukraynanın “Polissya” komandaları ilə qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью