Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti matçını keçirib.
Axar.az xəbər verir ki, təmsilçimiz IV turda səfərdə Norveç təmsilçisi "Vikinq"lə qarşılaşıb.
"Sandnes Ulf Arena"da keçirilən görüş rəqibin 5-0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, U-19 növbəti matçını noyabrın 25-də "Barselona"ya qarşı keçirəcək. Bakı təmsilçisi daha əvvəl Dortmund "Borussiya"sına (0-2), Çexiyanın "Slaviya" (0-3) və İngiltərənin "Mançester Yunayted" (0-5) komandalarına məğlub olub.