"Sabah"dan AFFAya Məşqçiyə yeni vəzifə verildi

25.11.2024

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Sabah"dan ayrılan Vitali Kovalyov Azərbaycan Futbol Federasiyaları Assosiyasiyasının (AFFA) qapıçılar üzrə maarifləndirmə kursunun baş təlimatçısı təyin edilib.

Bakupost.az xəbər verir ki, Kovalyov futbolçu karyerası ərzində "İnşaatçı" (Bakı), "ANS Pivani", "Neftçi", "Şəfa", "Ümid", "Qarabağ", "MKT Araz", "Standart", "Karvan" kimi komandaların şərəfini qoruyub, İranda ("Traktorsazi") və Türkiyədə ("Kartalspor") legioner həyatı yaşayıb.

Məşqçilik karyerasında məhz "Sabah"dakı fəaliyyəti ilə tanınıb. Son 6 altı ili Masazır təmsilçisində keçirib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью