"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi

03.10.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi

“Sabah”dan ayrılan nigeriyalı futbolçu Oluvasen Timilehinin yeni klubu məlum olub.

QOL.az xəbər verir ki, 21 yaşlı hücumçu bundan sonra karyerasını Kosovoda davam etdirəcək. Timilehin “Ferizaj”a keçib. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Nigeriyalı oyunçu yeni komandası ilə 3 illik müqaviləyə imza atıb.

Timilehin son illərdə əsasən “Sabah-2”nin heyətində çıxış edib. O, “Sabah”ın əsas komandasında cəmi 2 matçda meydana çıxıb. 2025-ci ildə isə hücumçu “İmişli”yə icarəyə göndərilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью