"Sabah"ın biletləri niyə tez bitdi? Klubdan açqlama

22.09.2026

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

"Sabah" ötən gün Çempionlar Liqasının liqa mərhələsi üçün vahid biletlər satışa çıxarıb.

"Slaviya" (Praqa), "Borussiya" (Dortmund), "Barselona" və "Napoli"yə qarşı ev oyunlarını izləmək üçün nəzərdə tutulan biletlərin qiyməti 35, 60, 190 və 285 AZN təşkil edir.

Biletlər satışa çıxarıldıqdan az sonra tükənib və bu durum azarkeşlərin narazılığına səbəb olub. Lakin məlum olub ki, satışa biletlərin yalnız kiçik bir hissəsi buraxılıb.

Axar.az xəbər verir ki, "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Offsideplus.az-a açıqlamasında biletlərin təxminən 10 faizinin satışa çıxarıldığını bildirib:

"Yaxın vaxtlarda bilet satışının davam etdirilməsi nəzərdə tutulur".

Klub rəsmisi biletlərin fərdi şəkildə deyil, yalnız paket formasında satılıb-satılmayacağı məsələsinə də aydınlıq gətirib:

"Hazırda biletlərin ancaq bu formada (paket şəklində) satışı nəzərdə tutulub".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью