"Sabah"ın rəqibindən 3 transfer

03.09.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Sabah"ın rəqibindən 3 transfer

UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Sabah"ın  rəqiblərindən olan Norveçin "Vikinq" klubu heyətini 3 yeni futbolçu ilə gücləndirib.

QOL.az Norveç klubunun rəsmi saytına istinadən xəbər verir ki, Essyen Bassey, Erik Botheym və Henrik Byordal transfer edilib.

19 yaşlı niderlandlı müdafiəçi E.Bassey PSV-dən (Niderland) transfer olunub. 

26 yaşlı hücumçu Botheym İsveçin "Malmö" klubundan alınıb.

29 yaşlı yarışmmüdafiəçi H.Byordal Norveçin digər təmsilçisi "Volerenqa"dan heyətə cəlb edilib.

Hər üç futbolçu ilə müqavilənin müddəti 2030-cu ilin sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, "Vikinq" - "Sabah" matçı noyabrın 4-də Norveçdə keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью