"Sabah"la oyun yenidən başlayacaq Harisson

13.07.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Sabah" çox yaxşı komandadır. "Qarabağ" kimi Çempionlar Liqasında uğurla çıxış edən bir komanda ilə rəqabət aparırlar və onlara qarşı belə nəticələr göstərirlərsə, deməli, zəif ola bilməzlər.

Axar.az xəbər verir ki, bunu Uelsin TNS klubunun baş məşqçisi Kreyq Harrison “Sabah”la matçdan öncə keçirilən mətbuat konfransında deyib.

“Evdə oynayırıq, 2 top fərqi ilə geridəyik və ilk qolu bizim vurmağımız mütləqdir. Bu qolu 1-ci dəqiqədə, yaxud 80-ci dəqiqədə də vura bilərik. Əgər 80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tamamilə yenidən başlayacaq. Əsas məqsədimiz də məhz budur”, - K.Harrisson qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью