"Salahı ala bilmədik yox, almadıq" Beşiktaş prezidenti

05.08.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Salahı ala bilmədik yox, almadıq" - "Beşiktaş" prezidenti

"Beşiktaş"ın prezidenti Serdal Adalı Məhəmməd Salah transferinin baş tutmamasına münasibət bildirib.

QOL.az xəbər verir ki, "Hürriyyət" nəşrinin məlumatına görə, klub rəhbəri Misir millisinin futbolçusundan öz istəkləri ilə imtina etdiklərini deyib:

"İnsanların bunu elə təqdim etməsinə təəssüflənirəm ki, guya biz Salahla danışıqlar masasında oturmuşduq, sonra isə kimsə gəlib onu əlimizdən aldı. Salah transferi baş tutmadı, çünki biz həmin şərtlərlə bu keçidi istəmədik. Azarkeşlərimizə söyləmək istəyirəm ki, mənim rəhbərliyim dövründə heç kim "Beşiktaş"ın əlindən futbolçu ala bilməz. "Trabzonspor"la da münasibətlərimiz çox yaxşıdır. Heç kim məyus olmasın. Biz Salahı ala bilmədik yox, almadıq. Ona yeni klubunda uğurlar arzulayıram".

Qeyd edək ki, son günlər Məhəmməd Salahın "Beşiktaş"la razılığa gəldiyi xəbərləri yayılsa da, klub bu xəbərləri təkzib etmişdi. Misirli ulduzun "Trabzonspor"a transferini tamamlamaq üçün artıq Türkiyəyə gəldiyi bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью