Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Paytaxtın Moskva prospektində, “Şamaxinka” adlanan ərazidə yerləşən yerüstü piyada keçidinin lifti aylardır işləmir.
Bu barədə "Bakupost"un qaynar xəttinə vətəndaş şikayəti daxil olub.
Vətəndaşın sözlərinə görə, liftin uzun müddətdir işləməməsi xüsusilə yaşlılar, fiziki məhdudiyyətli şəxslər, eləcə də azyaşlı uşaqları olan valideynlər üçün problemə çevrilib.
Məsələ ilə bağlı "Bakupost"un sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, qurum yaranmış problemdən xəbərdardır.
Qeyd olunub ki, aparılmış baxış zamanı liftin fəaliyyətinin bərpası üçün müvafiq ehtiyat hissəsinin dəyişdirilməsinə ehtiyac olduğu müəyyən edilib.
"Zəruri ehtiyat hissəsinin xaricdən sifarişi həyata keçirilir. Hazırda bu istiqamətdə müvafiq işlər aparılır. Ehtiyat hissəsi ölkəyə gətirildikdən sonra quraşdırılacaq və liftin yenidən istismara verilməsi təmin ediləcək", - deyə qurumdan bildirilib.
Lalə Novruz, BakuPost