"Şamaxı" "Araz Naxçıvan"a qalib gəldi

20.09.2026

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.

Axar.az xəbər verir ki, "Şamaxı" öz meydanında "Araz-Naxçıvan"ı qəbul edib.

Görüş ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra "Şamaxı" 9 xalla 6-cı sıraya yüksəlib. "Araz-Naxçıvan" isə 2 xalla 11-ci pilləni tutur.

Tura bu gün saat 19:00-da start götürəcək "Kəpəz" - "Sumqayıt" matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, VI turun əvvəlki görüşlərində “Neftçi” “Qəbələ”yə 3:0, “Qarabağ” “Şəfa”ya və “Turan Tovuz” “Zirə”yə 1:0, “Sabah” isə “İmişli”yə 3:1 hesabı ilə qalib gəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью