"Şamaxı"dan ayrıldı, Əlcəzairdə oynayacaq

02.09.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

"Şamaxı"dan ayrıldı, Əlcəzairdə oynayacaq

"Şamaxı"dan ayrılan Alfonso Msanqanın yeni klubu bəlli olub.

QOL.az xəbər verir ki, tanzaniyalı yarımmüdafiəçi karyerasını Əlcəzairdə davam etdirəcək.

O, 14 dəfə ölkə çempionu olmuş “Kabilie” ilə 2 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, ötən mövsüm "Şamaxı"da çıxış edən 26 yaşlı futbolçu 32 oyunda 3 qol vurub. O, bu ilin iyun ayında Azərbaycan klubundan ayrılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью