"Şəfa"nın 19 cu transferi fransalı oldu

13.08.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Şəfa"nın 19-cu transferi fransalı oldu

“Şəfa” növbəti transferini reallaşdırıb.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi Omar Abdulaye Diav ilə 2+1 illik müqavilə imzalanıb.

25 yaşlı futbolçu son olaraq Belçikanın “Akren-Lessin” klubunda çıxış edib. O, ölkəsində isə “Olimpik Markkua” və “Krua” komandalarının formasını geyinib.

Qeyd edək ki, Diav "Şəfa"nın bu yay etdiyi 19-cu transfer olub. Daha əvvəl Məmməd Hüseynov, Arsen Ağcabəyov, Rauf Hüseynli, Nicat Mehbalıyev , Murad Musayev,  Vlad Marian Pop, Andrey Fernando Draqu, Musa Queli, Fərid Yusifli, Maudo Lamin Jarjue, Treyvon Fuller, Bafode Dansoko, Kristofer Mamengi, Felipe da Silva Rodrigez,  Ayxan Əlizadə, Eltun Babazadə, Nurhan Abdıyev və Elmar Məmmədovu da heyətə cəlb edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью