"Səidə xanımı öpürəm, bağrıma basıram" Rəqsanə aparıcıdan üzr istədi

03.02.2026

Icma.az, Bakupost saytına istinadən bildirir.


Müğənni Rəqsanə İsmayılova aparıcı Səidə Bəkirqızından üzr istəyib.

Bakupost.az xəbər verir ki, müğənni bununla bağlı sosial şəbəkə hesabında video-müraciət yayımlayıb.

R.İsmayılova bildirib ki, əsəbi vəziyyətdə olarkən aparıcının ünvanına bəzi yanlış ifadələr işlədib və buna görə peşmandır.

“Düşünürəm ki, biz hər ikimiz qadınıq. Səidə xanım mənim sənətimlə bağlı tənqidi fikir səsləndirsəydi, buna reaksiya verməzdim. Tənqidlərə açığam. Lakin həyat yoldaşımla bağlı səsləndirilən alçaldıcı ifadələr məni əsəbiləşdirdi və emosional şəkildə cavab verdim. Sonradan videoya baxanda gördüm ki, əsəbdən fikirlərimi düzgün ifadə etməmişəm”, – deyə müğənni qeyd edib.

Rəqsanə İsmayılova həmçinin Səidə Bəkirqızının atasının vəfat etdiyini bilmədiyini qeyd edərək, ailəsinə başsağlığı verib:

“Mən heç vaxt kiminsə ölüsünə dil uzatmaram. Səidə xanımın atasına Allahdan rəhmət diləyirəm. Anasının da əllərindən, gözlərindən öpürəm.

Necə ki, onun paylaşdığı video mənim yaxınlarıma pis təsir etdi, düşünürəm ki, mənim də dediyim sözlər Səidə xanımın yaxınlarının yanında xoş təsir bağışlamayıb. Bir qadın olaraq bunu özümə borc bilirəm və Səidə xanımdan üzr istəyirəm. Səidə xanımı öpürəm, bağrıma basıram”.

Xatırladaq ki, Səidə Bəkirqızı qalmaqaldan sonra Rəqsanə İsmayılovanın 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edəcəyini açıqlamışdı.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью