"Şəmkir"də yeni təyinat

08.08.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Şəmkir"də yeni təyinat

Azərbaycan 2-ci liqa təmsilçisi "Şəmkir" klubunun yeni vitse-prezidenti bəlli olub.

QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Əli Qədimov "Şəmkir" PFK-nın vitse-prezidenti vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Əli Qədimov əvvəlki mövsümdə də klubun strukturunda fəaliyyət göstərib və İctimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsini icra edib.

Xatırladaq ki, "Şəmkir" 2-ci Liqada 2025/26 mövsümünü 6-cı pillədə başa vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью