"Son min gün sübut etdi ki..." Siyarto

02.12.2024

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukraynadakı münaqişənin həlli üçün səylər artırılmalıdır.

Bakupost.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı deyib.

"Son min gün sübut etdi ki, bu müharibənin hərbi yolla həlli yoxdur, ona görə də onu yalnız danışıqlar yolu ilə dayandırmaq olar. Diplomatik kanallar danışıqlar üçün açıq olmalıdır", - deyə Macarıstanın xarici siyasət idarəsinin rəhbəri bildirib.

Siyarto əlavə edib ki, hazırda Ukraynada münaqişənin eskalasiya riski hər zamankından daha yüksəkdir.

Lalə, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью