"Space" TV də yüksək vəzifəyə TƏYİNAT FOTO

31.07.2026

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


​"Space" Müstəqil Teleradio Şirkətində növbəti kadr təyinatı gerçəkləşib.

"Bakupost" Oxu.Az-a istinadla xəbər verir ki, tanınmış ssenarist və prodüser Fariz Əliyev "Space" Müstəqil Teleradio Şirkətinin baş direktoru Ayaz Mustafayevin müşaviri vəzifəsinə gətirilib.

​Bu təyinata qədər ölkənin müxtəlif televiziya kanallarında məsul və rəhbər vəzifələrdə çalışan Fariz Əliyev, eyni zamanda, media sahəsində bir çox uğurlu layihənin müəllifi və rəhbəri kimi tanınır.

​Qeyd edək ki, son dövrlər "Space" TV-də idarəetmənin effektivliyinin artırılması, efir siyasətinin yenilənməsi və kanalın inkişafına yönəlmiş ardıcıl islahatlar həyata keçirilir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью