"Sülh gündəmindən geri çəkiləməyəcəyik" Paşinyan

13.01.2025

Icma.az bildirir, Bakupost portalına istinadən.


Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurasının rəhbəri Antonio Koşta ilə telefon danışığı aparıb.

Bakupost.az xəbər verir ki, bu barədə "Armenpress" nəşri öz Teleqram kanalında məlumat yayıb.

Nəşrin verdiyi məlumata görə, Ermənistanın baş naziri Antonio Koştanı bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib, həmçinin İrəvan ilə Brüssel arasındakı əməkdaşlıq səviyyəsindən məmnunluğunu ifadə edib.

O, həmçinin Koştanı Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı mövcud vəziyyət barədə məlumatlandırıb və qeyd edib ki, respublika hökuməti sülh gündəmindən geri çəkilməyəcək.


Lalə, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью