Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Ermənistanın Hindistandan idxal etdiyi artilleriya və raket sistemləri, öz hərbi arsenalını gücləndirməsi Azərbaycanla danışıqlara heç bir təsir edə bilməz.
Ola bilsin ki, İrəvanada hesab edərlər ki, silahların alınması Azərbaycana bir mesajdır və danışıqlarda paritet yarana bilər.
Rəsmi İrəvan başa düşür ki, Azərbaycan ordusu həm texnika, həm döyüş qabiliyyəti, həm də say tərkibi baxımından Ermənistandan qat-qat güclüdür.
Ermənistan tərəfinin bir neçə silah partiyası alması onun danışıqlarda üstünlük əldə etməsinə gətirib çıxmayacaq”.Bu fikirləri Bakupost.az -a politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, hazırda Ermənistanla sərhəddə delimitasiya işləri aparılır.
Proseslər dinc və qarşılıqlı anlaşma müstəvisində davam edir: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ikitərəfli danışıqlar mustəvisində konfidensial şəkildə bağlanması istisna deyil.
Üçüncü tərəflərin prosesə müdaxiləsinin qarşısını almaq üçün bu addıma gediilə bilər.