"Sumqayıt" "Şəfa" ilə qarşılaşdı

02.11.2026

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Misli Premyer Liqasında X tura "Sumqayıt" - "Şəfa" oyunu ilə yekun vurulub.

Axar.az xəbər verir ki, Sumqayıtda keçirilən matç 1-1 hesabı ilə başa çatıb.

"Sumqayıt" 9 xalla turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb. "Şəfa" isə 4 xalla onbirincidir.

Qeyd edək ki, "Turan Tovuz" "Sabah"ı (3-2), "Neftçi" "Şamaxı"nı (3-2), "Kəpəz" "İmişli"ni (1-0) məğlub edib. "Araz-Naxçıvan" - "Zirə" (2-2) və "Qəbələ" - "Qarabağ" (0-0) oyunlarında bərabərlik olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью