"Taliban” qadınlara bunu da qadağan etdi

30.12.2024

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Əfqanıstan Ali rəhbəri Həybatullah Axundzadə qadınlara evlərin pəncərəsindən baxmağı qadağan edən və qadınların görünməməsi üçün yeni ev layihəsi ilə bağlı fərman imzalayıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Tolo News” məlumat yayıb.

Bildirilib ki, fərmana əsasən yeni tikiləcək evlərin pəncərələri qonşunun həyətinə, mətbəxinə, yataq otağına, eləcə də qadınların oturduğu digər yerlərə baxmamalıdır.

Sənəddə deyilir ki, qonşunun həyətinə baxan pəncərərinin hündürlüyü elə tikilməlidir ki, oradan baxdıqda qadınları görmək mümkün olmasın.

Qeyd edək ki, “Taliban” 2021-ci ildə Əfqanıstanda hakimiyyətə qayıtdıqdan sonra qadınlara çoxsaylı məhdudiyyətlər, o cümlədən evdən kənarda təhsil və işləməyi qadağan edib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью