"TikTok"a qayıdan Azərdən ilginc etiraf: Bundan sonra...

03.02.2026

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Həbsdən azad olunduqdan sonra teleaparıcı Azər Zahid yenidən sosial şəbəkələrdə aktivliyə başlayıb.

Bakupost.az Milli.az-a istinadla xəbər verir ki, bir illik fasilədən sonra o, "TikTok" platformasında paylaşım edərək izləyicilərinin qarşısına çıxıb.

Azər Zahid videoda üzünü birbaşa izləyicilərinə tutaraq yeni bir başlanğıca qərar verdiyini bildirib. Aparıcı qeyd edib ki, bu müddət ərzində çox düşünüb, yaşadıqlarını analiz edib və artıq tam fərqli formatda, daha düşündürücü məzmunla tamaşaçıların qarşısına çıxmağı planlaşdırır.

Səmimi açıqlamaları ilə diqqət çəkən Azər Zahid, dəyişdiyini və bundan sonra izləyicilərinə faydalı və mənalı yayımlar təqdim edəcəyini vurğulayıb.

Teleaparıcının bu dönüşü sosial şəbəkələrdə maraqla qarşılanıb və onun yeni mərhələdə necə bir yol seçəcəyi izləyicilər arasında müzakirələrə səbəb olub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью