Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyun 0 qol
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
"Tottenhem" Premyer Liqa tarixində ilk dəfə mövsümün ilk 4 oyununun heç birində qol vura bilməyib.
QOL.az xəbər verir ki, bu barədə "Squawka" nəşri "X" sosial şəbəkəsində məlumat yayıb.
London təmsilçisi 4-cü turda öz meydanında "Everton"u qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
"Tottenhem" turnirin açılış oyununda "Lester" (0:1), 2-ci turda "Nyukasl"a (0:2) məğlub olub, 3-cü turda isə "Bornmut"la heç-heçə (0:0) edib. Dörd turdan sonra aktivində 2 xal olan London klubu turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.