"Tottenhem"in tarixinə düşdü

22.08.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Tottenhem"in tarixinə düşdü

Arçi Qrey “Tottenhem”in rəsmi oyunlar tarixində ən gənc kapitanı olub.

QOL.az xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının ilk turunda “Brentford”a qarşı keçiriləcək matçda komandasını kapitan kimi meydana çıxaracaq.

Qrey 20 yaş 163 günlüyündə bu rekorda imza atıb. Bununla da o, indiyədək rekordun sahibi olan klub əfsanəsi Stiv Perrimanı geridə qoyub. Perriman 20 yaş 260 günlüyündə “Tottenhem”in kapitanı olmuşdu.

Qeyd edək ki, Arçi Qrey ötən mövsüm “Tottenhem”in heyətində bütün turnirlər daxil olmaqla 35 oyunda meydana çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. “Lids”in yetirməsi olan futbolçu 2024-cü ilin yayında London klubuna keçib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью