"Trampın Rusiya ilə razılaşma ehtimalı çoxdur" ŞƏRH | Icma.az
Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir. "Trampın Rusiya-Ukrayna müharibəsinə baxışı fərqlidir.
O, Zelinskini tənqid edib və hətta 2019- cu ildə ona qarşı mənfi münasibətin başlanmasına da Zelinskiyə dair işlətdiyi ifadələr, atdığı addımlar səbəb olmuşdu.
Bu baxımdan onun qələbə nitqində "dünya müharibələrin başlamasına deyil, bitməsinə şahid olacaq" deməsi, güclü Amerika vəd etməsi diqqəti cəlb etdi".Bunu Bakupost.az -a siyasi şərhçi Əziz Əlibəyli deyib.
O qeyd edib ki, Trampın qlobal məsələlərə baxışı onları güclə deyil, sülhlə həll etmə yanaşmasına söykənir: "Ukrayna müharibəsinə yönəlik işlətdiyi ifadələr də göstərir ki, müharibənin bitməsi üçün Trampın Rusiya ilə razılaşma ehtimalı çoxdur.
Bizim uzun müddətdir proqnoz verdiyimiz kimi, Rusiya və Atlantik İttifaqının ənənəvi tarixi anlaşması Çinə qarşı bir cəbhədə yer almağa hesablanmış bir anlaşmadır və Rusiyanın güzəşti mümkündür".
Ə.Əlibəyli qeyd edib ki, Trampa hakimiyyətə həm də Yaxın Şərq münaqişəsinin kəskinləşdiyi, Avropada sağ radikalizmin yüksəldiyi, qeyri-iqtisadi müəyyənliyin və fövqəladə iqlim durumunun yarandığı bir vaxtda gəlir.
Təhlillərə müraciət edəndə bunu bel. fərqləndirmək olar - Harris administrasiyası proqnozlaşdırıla bilən bir administrasiya idi.
Amma Tramp dönəmi qeyri-siyasi rollar, gözlənilməz xaotik yanaşmalarla zəngindir.
Tam oxu
Xəbəri oxu