"Turan Tovuz" əzmkar qələbə ilə ikinci pilləyə yüksəldi

28.11.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Misli Premyer Liqasının XIII turunda “Turan Tovuz” öz meydanında “Kəpəz”I qəbul edib.

Axar.az xəbər verir ki, Qərb derbisində Tovuz təmsilçisi 2-1 hesablı qələbə qazanıb.

Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran "Turan Tovuz" ikinci pillədə qərarlaşıb. Gəncə klubu 18 xalla altıncıdır.

Günün ikinci görüşündə "Sabah" "Araz-Naxçıvan"la üz-üzə gələcək.

Qeyd edək ki, ötən gün "Şəfa" səfərdə "İmişli"ni (3-1), "Neftçi" evdə "Zirə"ni (1-0) məğlub edib. Tura sabah yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью