"Turan Tovuz" millinin futbolçusunu transfer etdi

09.08.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Turan Tovuz" millinin futbolçusunu transfer etdi

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi milli komandamızın üzvü Rahil Məmmədov ilə 1+1 illik müqavilə bağlayıb. 

Son olaraq “Araz-Naxçıvan”ın formasını geyinən müdafiəçi karyerası ərzində  “Neftçi”, “Səbail”, “Zirə”, “Qarabağ”, Polşanın LKS Lodz və “Radomiak” klublarında çıxış edib.

Qeyd edək ki, "Turan Tovuz" bunadək Dioqo Balau, Aleksey Kenyaykin, Stiv Beusnard və Filip Damyanoviçi heyətinə cəlb edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью