Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Azərbaycan Premyer Liqasının XII turunda iki qarşılaşma baş tutub.
Axar.az xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” səfərdə “Şamaxı”nı 2-0 hesabı ilə məğlub edib.
Günün ikinci qarşılaşmasında isə "Qəbələ" səfərdə "Şəfa" ilə üz-üzə gəlib. "SOCAR Polymer Arena"da təşkil olunan qarşılaşmada Qəbələ təmsilçisi 2-0 hesablı qələbə qazanıb.
Bu nəticədən sonra "Qəbələ" 11 xalla 9-cu pillədə qərarlaşıb. 5 xala malik Bakı klubu isə 11-ci yerdədir.
Qeyd edək ki, XII turun ilk oyun günündə "İmişli" "Zirə" ilə heç-heçə (2-2) edib. "Sabah" səfərdə "Sumqayıt"a (5-1), "Turan Tovuz" isə "Şamaxı"ya (2-0) qalib gəlib. Tura noyabrın 22-də yekun vurulacaq.