"Turan" Çempionlar Liqasına necə hazırlaşır?

23.09.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Turan" Çempionlar Liqasına necə hazırlaşır?

Çempionlar Liqasında ölkəmizi təmsil edəcək qadın voleybolçulardan ibarət “Turan” klubu hazırlıqla bağlı yenilikləri açıqlayıb.

Bu haqda QOL.az saytına klubdan məlumat daxil olub. Klubun Tovuzda keçiriləcək Çempionlar Liqası oyununa hazırlıq geniş mərhələdə davam edir. Tovuz Olimpiya Kompleksində həm texniki, həm də təşkilati istiqamətdə bir sıra yeniliklərin tətbiqi nəzərdə tutulur.

İnfrastruktur yenilənməsi son mərhələdədir. Tribunaların görünüşü və azarkeşlərin rahatlığı, arenanın müasirləşdirilməsi ilə bağlı işlər yekunlaşmaq üzrədir. Oyun günü yalnız qarşılaşmadan ibarət olmayacaq. Matçdan öncə xüsusi açılış proqramı keçiriləcək. Burada azarkeşləri və ictimaiyyəti bir sıra sürprizlər gözləyir. Zalda xüsusi işıq effektləri, yeni müasir tablolar və böyük monitorlar quraşdırılır.

Azarkeşlər üçün kompleksin ətrafında da oyun günü xüsusi aktivliklər keçiriləcək. Qonaq komandanın qarşılanması, yerləşdirilməsi, hərəkətinin təşkili və digər zəruri xidmətlər üçün xüsusi proqram hazırlanıb. Bu standartlar avrokubok oyunları ilə yanaşı Azərbaycan Super Liqasında da tətbiq olunacaq. Artıq heyətin qurulması tamamlanıb. Komanda hazırlığını Avropada davam etdirir və burda bir neçə yoldaşlıq oyunu nəzərdə tutulub. 

Qeyd edək ki, “Turan” Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiyanın "Mladost" kollektivi ilə qarşılaşacaq. İlk qarşılaşma oktyabrın 20-si Tovuzda keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью