Icma.az bildirir, Qol.az portalına istinadən.
"Turan" voleybol klubu ÇL-də ilk qələbəsini qazandı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Qadınlardan ibarət "Turan" voleybol klubu bu gün CEV Çempionlar Liqasında ilk matçına çıxıb.
QOL.az xəbər verir ki, Tovuz təmsilçisi turnirin 2-ci təsnifat mərhələsində Xorvatiyanın "Mladost" klubu ilə üz-üzə gəlib.
Tovuz Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma saat 19:00-da start götürüb. Tovuz təmsilçisi 3:0 (25:20, 25:16, 25:16) hesabı ilə Xorvatiya komandasına qalib gəlib.
Qeyd edək ki, "Turan" Xorvatiya təmsilçisi ilə cavab görüşünü oktyabrın 29-da səfərdə keçirəcək.