Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Turan" voleybol klubu ÇL-də növbəti oyuna çıxır
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Qadın voleybolçulardan ibarət "Turan" komandası bu gün CEV Çempionlar Liqasında növbəti oyununa çıxacaq.
QOL.az xəbər verir ki, Azərbaycan çempionu olan Tovuz təmsilçisi 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Maritsa" klubunun qonağı olacaq.
Oyun Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
Tərəflər arasındakı cavab görüşü noyabrın 11-də Tovuzda keçiriləcək.
Xatırladaq ki, "Turan" 2-ci təsnifat mərhələsində Xorvatiyanın "Mladost" komandasını üstələyib - 3:0, 3:2.