Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Misli Premyer Liqasında VI turun daha bir matçı baş tutub.
Axar.az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edib. Qarşılaşmada yeganə qol matçın 90+6-cı dəqiqəsində Filip Damyanoviç tərəfindən vurulub.
Bu qələbə ilə xallarının sayını 11-ə çatdıran Tovuz təmsilçisi dördüncü pilləyə yüksəlib. “Zirə” isə 10 xalla beşinci sırada yer alır.
Günün ikinci görüşündə “Sabah” "İmişli"ni qəbul edir.
Qeyd edək ki, tura sentyabrın 20-də yekun vurulacaq. Ötən gün "Neftçi" "Qəbələ"ni (3-0), "Qarabağ" "Şəfa"nı məğlub edib - 1-0.