"Tvente" Bakıya 150 azarkeşlə gələcək

24.08.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Tvente" (Niderland) cavab qarşılaşması üçün Bakıya 150-dək azarkeş gətirəcək.

Axar.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında Ağdam təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev deyib.

"Tvente" Bakıya sabah gələcək. Niderlanddan 150-dək azarkeşin gələcəyi də gözlənilir", - klub rəsmisi bildirib.

Qeyd edək ki, komandalar arasında Niderlandda baş tutan ilk görüşdə "Qarabağ" 1:0 hesablı qələbə qazanıb. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью