Icma.az, Qol.az portalına istinadən məlumat verir.
"Tvente"nin neçə azarkeşi Bakıya gələcək?
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ”ın qonağı olacaq "Tvente" Bakıda azarkeşsiz qalmayacaq.
Bu barədə QOL.az-a "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə,Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya Niderland klubunun təqribən 100-150 azarkeşinin gələcəyi gözlənilir.
"Qarabağ" - "Tvente" görüşü avqustun 27-də keçiriləcək və saat 20:00-da başlayacaq. Komandaların Niderlandda oynanılan ilk görüşündə "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib.