"Ukraynaya görə 19 milyard avro itirmişik" Orban

31.01.2025

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Macarıstan Aİ-nin Rusiya qarşı sanksiyalarının ləğvini istəyir

Macarıstan, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarının ləğv edilməsini istəyir.

Bakupost.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban Kossuth radiosuna bildirib.

"Macarıstanın marağı ondan ibarətdir ki, Aİ-nin anti-Rusiya sanksiyaları ləğv olunsun. Çünki bu sanksiyalar səbəbindən biz üç il ərzində 19 milyard avro itirmişik", - deyə baş nazir vurğulayıb.

Orban həmçinin qeyd edib ki, o, Avropa İttifaqına üzv ölkələrin həmkarları ilə bu məsələləri daim müzakirə edir.


Lalə, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью