"Xocalı" gəmisi Santa Rosaliaya yük çatdırdı

24.02.2025

Bakupost saytına istinadən Icma.az xəbər verir.


"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-in "Handysize" tipli "Xocalı" quru yük gəmisi ABŞ-nin Kaliforniya ştatının Lonq-Biç limanından götürdüyü 30 min ton kükürd yükünü Meksikanın Santa Rosalia limanına çatdırıb.

Bakupost.az xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Yük limanda boşaldıldıqdan sonra gəmiyə ballast suyu vurulub və o, növbəti yükünü götürmək üçün ABŞ-nin Portland limanına istiqamətlənib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью