"Yamal dahidir, onu qorumalıyıq"

14.11.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Yamal dahidir, onu qorumalıyıq"

“Barselona”nın prezidenti Joan Laporta komandanın 19 yaşlı vingeri Lamin Yamalın istedadını yüksək qiymətləndirib. 

QOL.az xəbər verir ki, Laportanın sözlərini “Marca” nəşri yayıb. O, gənc futbolçunun inkişafı üçün klubun üzərinə düşən məsuliyyətdən danışıb:

"Lamin öz tarixini yazmaq və öz irsini yaratmaq fürsətinə layiqdir. O, texnikası, yaradıcılığı və meydanda rəqiblərinə çətin anlar yaşatmaq bacarığı ilə seçilən dahidir. Bu qədər gənc yaşda nümayiş etdirdiyi yetkinlik və oyunu anlama qabiliyyəti onu daha da xüsusi edir.

Bizim əsas vəzifəmiz Lamini qorumaq, inkişafını diqqətlə izləmək və potensialını tam reallaşdırması üçün ona uyğun idman mühiti yaratmaqdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью