"Yeni Klinika"nın keçmiş direktoruna yeni vəzifə verildi

26.05.2026

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Sabunçu Tibb Mərkəzinə yeni direktor təyin edilib.


Bakupost.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu vəzifəyə Paşayev Cavid Nazim oğlu təyin edilib.

C.Paşayev 2007-ci ildə Azərbaycan Tibb Universitetini (ATU) bitirib. 2007-2008-ci illərdə Kliniki Tibbi Mərkəzdə anesteziologiya-reanimasiya ixtisası üzrə internatura keçib. 2022-2025-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.

O, 2009-2010-cu illərdə Avrasiya Klinikasında həkim-anestezioloq-reanimatoloq, 2011-2014-cü illərdə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-anestezioloq-reanimatoloq, 2014-2021-ci illərdə ATU-nun Anesteziologiya-reanimasiya şöbəsinin müdiri, 2018-2021-ci illərdə ATU-nun Anesteziologiya və reanimasiya kafedrasının assistenti olub.

2021-2022-ci illərdə Bakı Sağlamlıq Mərkəzində baş həkimin müavini, Anesteziologiya və reanimasiya şöbəsinin müdiri, 2021-2024-cü illərdə Səhiyyə Nazirliyinin Doğuşa yardım komissiyasının üzvü, 2022-2023-cü illərdə Yeni Klinikada direktor vəzifəsini icra edən baş həkim, 2022-2023-cü illərdə TƏBİB-in Xidmətin keyfiyyətinin qiymətləndirilməsi və ölüm hallarının təhlili üzrə komissiyasının sədri, 2023-2024-cü illərdə isə ATU Tədris Cərrahiyyə Klinikasının direktoru kimi fəaliyyət göstərib.

Hazırkı təyinatına qədər isə “Elit-Central” Hospitalın baş həkimi vəzifəsində çalışıb.

C.Paşayev 2020-ci ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən Vətən Müharibəsi zamanı xidmətə görə Fəxri Fərmanla, 2021-ci ildə Səhiyyə Nazirliyi tərəfindən COVID-19 pandemiyası dövründə xidmətə görə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib. 20 elmi məqalənin müəllifidir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью