Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Yuventus" 3 mövqeyə transfer edəcək
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
“Yuventus” qışda üç transfer etməyi planlaşdırır
QOL.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Bildirilib ki, Turin təmsilçisi gələn mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq üçün heyətini gücləndirmək niyyətindədir. Klub hücumçu, yarımmüdafiəçi və sol cinah müdafiəçisi transfer etməyi planlaşdırır.
Hücum xətti üçün Madrid “Atletiko”sundan Aleksandr Sörlot, “Monako”dan Folarin Baloqun və “Əl-Qadisiyə”dən Mateo Retegi namizədlər arasındadır.
Sol cinah müdafiəçisi mövqeyinə “Mançester Siti”nin futbolçusu Rayan Ayt-Nuri nəzərdən keçirilir. Yarımmüdafiə xəttini gücləndirmək üçün isə “Marsel”də çıxış edən Pyer-Emil Höybyerqə maraq davam edir.