"Yuventus"un böyük planı

02.10.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Yuventus"un böyük planı

Turinin “Yuventus” klubu gələn il heyətində ciddi dəyişikliklər etməyi planlaşdırır.

QOL.az “Tuttosport”a istinadən xəbər verir ki, İtaliya təmsilçisinin rəhbərliyi potensial transferlərdən ibarət geniş siyahı hazırlayıb.

“Yuventus”un qapıçı mövqeyində əsas hədəfi “Liverpul”un qolkiperi Alisson Bekkerdir. Braziliyalı futbolçunun mövsümün sonunda İngiltərə klubu ilə müqaviləsinin başa çatacağı və azad agent statusu ala biləcəyi bildirilir.

Müdafiə xəttində isə “Udineze”dən Umar Sole, “Leyptsiq”dən David Raum və “Kristal Pelas”dan Tayrik Mitçell nəzərdən keçirilir.

Yarımmüdafiənin gücləndirilməsi üçün “Napoli”nin futbolçusu Stanislav Lobotka, “Mançester Siti”dən Mateo Kovaçiç və “Real”ın üzvü Brahim Diaz əsas namizədlər arasındadır.

Hücum xəttində isə Turin klubunun “Kristal Pelas”ın fransalı forvardı Jan-Filip Mateta ilə maraqlandığı qeyd olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью