"Zelenskiyə öz oğlum kimi davrandım" Lukaşenko

05.03.2025

Icma.az bildirir, Bakupost portalına istinadən.


Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna lideri Volodimir Zelenskiyə oğlu kimi yanaşdığını açıqlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə respublika başçısı amerikalı bloger Mario Naufala müsahibəsində bildirib.

"Ona yazığım gəlir. Mən onunla öz oğlum kimi davrandım. Çox yaxşı münasibətimiz var idi. Mən Ukraynada idim, Zelenski ilə danışıqlar apardıq...

Münasibətimiz isti və mehriban idi. Lakin onun bu radikal millətçi qruplardan nümunə götürməsi, əlbəttə ki, üzücüdür", - Lukaşenko deyib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью