"Zirə" "Şəfa"nı məğlub etdi

16.08.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasının ilk turunda "Zirə" "Şəfa"nı məğlub edib.

Axar.az xəbər verir ki, Zirə idman Kompleksinin stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Rəşad Sadıqovun baş məşqçisi olduğu komandadan 41-ci dəqiqədə Eren Aydın rəqib qapısına yol tapıb. 52-ci dəqiqədə isə İssa Cibrila fərqlənib.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Turan Tovuz" "Qəbələ"ni (1:0), "Sabah" "Kəpəz"i (2:0), "Neftçi" "Sumqayıt"ı (3:1) məğlub edib. "Araz-Naxçıvan"-"İmişli" matçında hesab açılmayıb. Tura avqustun 17-də yekun vurulacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью