"Zirə" yeni futbolçu transfer etdi

03.09.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Zirə" yeni futbolçu transfer etdi

“Zirə” yeni futbolçuyla anlaşıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Paytaxt təmsilçisi Xorvatiyanın “Riyeka” klubundan Dimitri Leqbonu transfer edib. 25 yaşlı kot-d’İvuarlı vingerlə 2 illik müqavilə bağlanılıb.

Xatırladaq ki, "Zirə" bu yay Amin Seydiyev (son klubu "Sabah"), Maykon Kleyton (son klubu “Portimonense”, Portuqaliya), Vierinya (son klubu “Olimpiakos”, Kipr), Ayxan Hüseynov (son klubu "Turan Tovuz"), Hüseynəli Quliyev ("İmişli"), Kris Diqbeu və Dameyn Smiti də heyətinə cəlb edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью