"Zirə"nin futbolçusu millidə qol vurdu

29.09.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Zirə"nin futbolçusu millidə qol vurdu

Afrika Millətlər Liqasında seçmə mərhələnin növbəti oyunları keçirilib.

QOL.az xəbər verir ki, “Zirə”nin yarımmüdafiəçisi Rikardo Martinsin çıxış etdiyi Mozambik millisi Sudanı qəbul edib. Görüş Mozambik millisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Start heyətində yer alan Martins qarşılaşmanı əvəzlənmədən keçirib. 30 yaşlı futbolçu 24-cü dəqiqədə komanda yoldaşına məhsuldar ötürmə edib, 58-ci dəqiqədə isə özü də qol vuraraq qələbəyə töhfə verib.

Qeyd edək ki, bu nəticədən sonra 4 xal toplayan Mozambik qrupda 2-ci pillədə yer alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью