Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Tottenhem”in qapıçısı Quqlelmo Viçario karyerasını İtaliyada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, qolkiper “Yuventus”la anlaşıb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. İtaliyalı “əlcək sahibi” icarə əsasında Turin klubuna qoşulacaq.
Viçario 2023-cü ildən “Tottenhem”də çıxış edir. O, London təmsilçisində 93 matçda meydana çıxıb.
Quqlelmo əvvəl İtaliyada “Venetsiya”, “Empoli”, “Udineze” kimi komandaların formasını geyinib.