Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Quranda təbiət hadisələri, o cümlədən ildırım, şimşək və yağışla bağlı ayələr yer alır.
“Rəd” surəsinin 12-ci ayəsində bildirilir: “O, sizə həm qorxu, həm də ümid üçün şimşəyi göstərən və ağır buludları yaradan Odur”.
Eyni surənin 13-cü ayəsində isə göy gurultusundan bəhs edilir:
“Göy gurultusu (Rəd) Ona həmd edərək təsbih edir, mələklər də Ondan qorxaraq…”
Bundan başqa, “Rum” surəsinin 24-cü ayəsində də şimşək Allahın qüdrətinin əlamətlərindən biri kimi təqdim olunur:
“Onun əlamətlərindəndir ki, sizə həm qorxu, həm də ümid vermək üçün şimşəyi göstərir və göydən su endirir…”
Beləliklə, Quranda şimşək və ildırım təbiətdə baş verən hadisələr kimi qeyd edilməklə yanaşı, Allahın qüdrətinə və yaratdığı nizamın əlamətlərinə diqqət çəkən nümunələr sırasında göstərilir.
Demokrat.az