Qurani Kərim muzeyi açıldı

07.03.2025

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məkkənin Hira bölgəsində yerli sakinlərin və ziyarətçilərin dini və mədəni təcrübəsini zənginləşdirmək üçün nəzərdə tutulmuş Qurani-Kərim muzeyinin açılışı olub.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Bəhreynin xəbər agentliyi (BNA) məlumat yayıb. Bildirilib ki, Məkkə şəhəri və müqəddəs yerlər üzrə kral komissiyasının nəzarəti və dəstəyi ilə hazırlanmış muzey müasir texnologiyalar əsasında təşkil olunub.

Ziyarətçilər nadir əlyazmalar kolleksiyası, Qurani-Kərimin tarixi nüsxələri və Quranın tarix boyu qorunub saxlanmasını göstərən interaktiv vizual nümayişlərlə tanış ola bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью