Quranı yandıran Juravelə ağır cəza verildi

26.11.2024

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən il Rusiyada Quranı yandırmaqda təqsirli bilinərək 3,5 il müddətə azadlıqdan məhrum edilən Nikita Juravelə dövlətə xəyanət ittihamı üzrə hökm oxunub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, 14 il müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, N. Juravel 2023-cü ilin mayında Rusiyanın Volqoqrad şəhərində məscidin qarşısında Qurani-Kərimi yandırdığına görə saxlanılaraq Çeçenistana göndərilmişdi. O, dindirilmə zamanı bunu Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə pula görə törətdiyini iddia etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью