QuraniKərimi yandıran 14 il azadlıqdan məhrum EDİLDİ

26.11.2024

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən il Rusiyada Nikita Juravel adlı şəxs 2023-cü ilin mayında Rusiyanın Volqoqrad şəhərində məscidin qarşısında Qurani-Kərimi yandırdığı üçün saxlanılaraq Çeçenistana göndərilib.

News24.az xəbər verir ki, Nikita Juravel "dövlətə xəyanət" ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Belə ki, Volqoqrad Vilayət Məhkəməsinin mətbuat xidmətinin yaydığı bəyanatda Juravelin Rusiya ordusunun Ukraynadakı hərəkətlərinə qarşı çıxdığı, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) göstərişi ilə Qurani-Kərimi yandırdığı və bununla da Rusiyanın təhlükəsizliyini təhdid etdiyi bildirilib. 

Günel Məlikzadə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью